“LİBRAFF”dan iki mağazanın bağlanması ilə bağlı - RƏSMİ AÇIQLAMA

243 dəfə oxunub
“LİBRAFF”dan iki mağazanın bağlanması ilə bağlı - RƏSMİ AÇIQLAMA
Bu gün ölkənin bir çox xəbər portallarında “LİBRAFF”ın iki mağazasının (Xətai rayonunda və metronun 20 Yanvar stansiyasının yaxınlığındakı “Bravo” marketlərində olan “LIBRAFF” kitab mağazaları) fəaliyyətinin dayandırılması ilə bağlı xəbər yayıldı.  Bildirmək istəyirik ki, iki filialımızın bağlanması “LİBRAFF”ın yeni strategiyasına əsasən atılıb. 

Bu barədə mağazalar şəbəkəsinin direktoru Cəlalə Nəzəroğlu sosial media hesabında da məlumat verib:
 
““LIBRAFF" bağlanmır.Yalnız "Bravo" marketin içində olan mağazaları bağlamışıq. Yeni strategiyamıza əsasən, marketlərdə kitab mağazaları saxlamayacağıq. Təcrübə göstərdi ki, marketə girən müştəri kitab almağa meyilli olmur. Bu, biznesdir-hər zaman uyğun addımlar atmaq lazımdır. Bağladığımız mağazaların əvəzində şəhərin iki ən yaxşı yerində böyük və yüksək səviyyəli mağaza açacağıq. Ümid edirəm, o zaman da bunu belə kütləvi işıqlandırarsınız”.
 
Yayılan məlumatlarda o da yayılıb ki, bu yaxınlarda LİBRAFF-ın daha bir neçə mağazası bağlanacaq. Məsələyə münasibət bildirən Cəlalə Nəzəroğlu qeyd edib ki, bu, kökündən yalnış məlumatdır. Yuxarıda da qeyd etdiyimiz kimi, “LİBRAFF” öz mağazalarını genişləndirməkdə davam edəcək. Odur ki, məlumatı yayarkən rəsmi açıqlamanın alınması da arzuolunandır. Bu həm peşəkarlıq baxımından önəmlidir, həm də xəbərin daha düzgün formada çatdırılmasına imkan yaradacaq. 



Redaktorun seçimi