SİRLİ SEHİRLİ QALA KƏNDİ

168 dəfə oxunub
SİRLİ SEHİRLİ QALA KƏNDİ
Tarixin dərinliklərindən, qara torpaqların altından üzə çıxan qədim yaşayış məskənləri bu gün bizlərə xalqımızın geridə qalmış  min bir sirrini, gizlinlərini açılb qoyur, qafil.
Tarixin izi-tozu görünməyən, keçməyən yerlər əslində məkan sayılmır, yurd olmur, ölkəliyini nümayiş elətdirə bilmir sanki. 
Bu tarixin, daha doğörusu Azərbaycan tarixinin, mədəniyyətinin bir parçasına çevrilmiş qədim qala kəndinin ərazisinə daxil olmaq, elə tarixin bir parçası içiərisinə girmək, yaşamaq kimi bir şeydir. 
Qəfil bir hiss bürüyür adamın varlığını: neçə min il əvəlliki kimi, eyni duyğularla giririrk qədim kəndin gerdidə qalmış xarabalıqlarına. Bu xarabalıqlarda sənin, mənim, onun xas tarixi yatır, uyuyur, bəlkə də o tarixə uzun əsrlərdir sevdayla, sayqıyla  yaxın durmadığımızdan, danışdırmadığımızdan dili tutulub. 
Qala kəndinin  yerində qalmış  əski tikililər, divarlar, hamamlar, ibadətxanalar, ovdanlar, su quyuları, məzar yerləri, məzar daşları üzərindəki yazılar,  yeraltı keçidlər  bir zamanlar bu yerlərdə böyük bir yaşayış məntəqəsinin qalıqlarından xəbər verir. 
Lap tarixin o başındaymış kimi uzaqdan görünən məzarlıq  tarixin bu başından sanki məzarlıq deyil, elə itmiş bir kəndin xarabalığından bir parçası təsirini bağışlayır.
**
Bu yerlərin digər bəzəyi, tariximizin ən şanlı mədəniyyət nümunəsi, xalqımızın inanc yeri olan Çəmbərəkəd məsçidi 9 - cu əsrə aid tarixi memarlıq abidəsi hesab olunur. Bu tarixi memerlıq abidəsi nə qədər qədim bir tarixə malik olsa da, kifayət qədər elementlərini qoruyub bu günə saxlaya bilmişdir. 
Çəmbərəkənd məsçidinin adı buradakı məhəllənin adı ilə bağlıdır. İslam dini 9-cu əsrdə Azərbaycana gələndən sonra bu məbədgah  məscid kimi istifadə olunmağa başlayıb.
Bizim tədqiqatçıların  bir bədbəxtçiliyi var desək, yerinə düşərmi. Bəzən içi tarixçilərimiz qarışıq  danışan, yazan pozanlarımız da Albanlarla bağlı hər hansı bir məsələdə böyük yanlışlıqların üzə çıxmasında bilərəkdən- bilməyərəkdən rol alırlar. Albanları hələ də bir xalq, millət kimi qələmə verməklə gözümüzün qarşısındakı tarixin səhifələrini alt-üst edərək xaos yaradır, kimlərinsə dəyirmanına su tökürlər. 
Albanların millət deyil, bir mədənbiyyət adı olduğunu, bu mədəniyyətin çatısı altında isə onlarla türkdilli toplumların yaşadığı artıq  bilənlər üçün, səmimiyyət sahibləri üçün  mübahisəli bir məsələ deyildi. Alban sözü bir zamanlar geridə böyük izlər qoyub getmiş onlarla türk dilli toplumların, boyların  mədəniyyətinin adıdır. Alban əsla millət adı deyildir. 
Burdakı  9 əsrə aid edilən məscidin  keçmişində Alban izləri özünü açıq aşkar bizə təqdim edir. 
Bunu sübuta yetirən kifayət qədər  elementlər, nişanələr  var və tikiliinin daxilində Albanlara aid olan ikonaların da olması az söz söyləmir.. Bu məbəddə Albanlara məxsus nümunələr Albanların xristianlıqdan da əvvələ aid inanclarının  olduğunu göstərir.
**
Nadir qalanın yanında eramızdan əvvəl 3-cü minilliyə aid yaşayış evlərinin qalığları adamda qəribə duyğular oyadır. 
 Dəqiqələr ötdükcə ürəyimin dərinliklərində anlayırdım ki, doğrudan da,  ruhu bu yerlərdə olan, ama cismi çoxdan bu torpaqların qaralığına qarışan minlərlə insanların, mədəniyyətdaşlarımızın gec də olsa, ciddi şəkildə fəryadlarını aləmə çatdıraq. Bu fəryadlar hər daşın, hər divarın, digər  qədim tikinti obyeklərinin görüntüsündən bura gələnlərə yansıyırdı.
**
1857-ci ilə aid olan kənddəki daş kitabədə polyak dilində yazılar yazılıb.Tarix dediyimizin bir parçası, bir naxışı, bir ştrixi də bu daş üzərində zamanın qoruyub saxladığı yazıdır.
Onu da deyirlər ki, bir dəfə  polyaklar Xəzər dənizində səyahət edərkən güclü tufana, bərk qasırqaya  düşdüklərindən  gəmiləri batır. Elə o zamanlardan bax burda - dəniz kənarında  qəzada dünyasını dəyişən səyyahların xatirəsinə, onların şərəfinə abidə qoyulub. xatırladırıq ki,  bu abidə itib batmamsası üçün qala muzeyinə dəniz qırağından gətirilib.
**
Qala kəndinin ən qədim hissəsi indiki qəbristanlıq ərazisində yerləşib. Kənd qəbrəstanlığında çox sayda sərdabələr qarşılayır səni. Bu sərdabələr bir zamanlar  həm də müvəqqəti qəbir kimi də istifadə edilirmiş. Belə  bir maraqlı versiya da var ki, qədim zamanlardan əsrimizə qədər bu sərdabələrdə ancaq varlı adamlar dəfn olunarmış. 
Deyilənə görə, Sərdabələrdə dəfn olunan cənazələrin əti sümüklərindən ayrılandan sonra sümüklər balaca qutulara yığılaraq, yəni qablaşdırılaraq Kərbəlaya, Məşədə aparılıb orada yenidən dəfn edilərmiş. Bu yerlərin sakinləri etdikləri bu əməllərini, sözsüz ki, dərindən bağlı olduqları inanclarıyla əlaqələndirirmişlər. Adı keçən məkanlarda yenidən dəfn olunmaq hardasa onlara bir növ cənnətə düşmək, Allaha daha tez, rahat qovuşmaq kimi duyğular, inanclar aşılayırmış bəlkə də.Yaxut bu insanlar özlərini o müqəddəs torpaqlarda uyuyan insanların nəslindən, şəcərəsindən, sülaləsindən saydıqlarından dolayı belə bir ritualı reallaşdırmışlar. 
Kənd camaatının dediyinə görə,  Kərbəlada, Məşəddə Bakı kəndlərinin hərəsinin öz qəbrəstanlığı olub.
 
  **      
Qala kənd ərazisindən keçən karvan yollarının izləri bu günə qədər də qalır. Kənd qəbrəstanlığı ərazisində imarətlər tikilib. Sözsüz ki, bu qədim Imarətlər karvan yollarının üstündə tikilərmiş və yolçuların yol yorğunluğunu almaq, dincəlmək üçün istifadə edilib.
Burda qədimdən qalma, iki tərəfli yolun izi hələ də tarixə şahidlik etməkdən usanmır. Otlar, cəncəllər bu yolları nə qədər örtsə də, küləklər torpaqları sovurub yolların izini itirməyə çalışsa da, bir də baxırsan nişanələr, izlər, qabarıb damar kimi diriliyini  gözlərə təpir. Belə bir yerdə adamın gözünün qarşısından uzun dəvə karvanları, bu karvanlara sarbanlıq edən insanlar, onların yorğunluğu, üzlərindəki sabahın qayğıları necə canlanmaya bilər. 
**
Pirvəro piri islamdan əvvəl istifadə olunub. Yerli camaatın inanclarına görə bu yer insanlardan ağrını, qorxunu götürürmüş və hələ də bu inanc davam edir.Bu yerdəki torpaqdan, gildən  dərman kimi də yeri gəldiyində istifadə edərmişlər. Buralara təşrif buyuran insanların  ağrıyan  yerlərinə gildən sürtüb evə qayıdana kimi, həmin ağrılar tam götürülərmiş. 
Kənd qəbristanlığı ərazisində yerləşən və adı bəlli olmayan mistika dolu daha bir məkan var. Bura islamdan hətta xristianlıqdan əvvəl inanc yeri kimi istifadə edilirmiş.
Bu yerə bir zamanlar uşağı olmayan qadınlar gələrmiş və xüsusi mərasimlər keçirilərmiş.Uşaq arzusuyla bura gələn qadınlar qurşağa qədər soyunar və özlərini burdakı daşa sürtərmişlər. Sonra şüşə qabı daşa çırpır və əgər şüşə birinci dəfədən sınsaymış arzuları çin olurmuş. Bəzi iddialara görə son 25-30 il əvvələ qədər qadınlar  hələ də buralara gəlirmişlər.    
Sonluq: Azərbaycanın hər bölgəsində  izlərini sürdürürən əcdadlarımızdan  miras qalan qədim məkanların qədim izləri  bu yerlərdə də öz sirr pərdəsini, öz əfsanəsini,tarixini, mədəniyyət töhfəsini qoruyub saxlayır. 
Bizə qədər baxımsız bir duruma düşürürlən qala tarix abidələrini,  heç olmasa gələcək nəsillərə ötürməyimiz üçün hər birimizdə bir yurdun varlığına az da olsa sevgi, doğmalıq hissləriylə yaşamağımız bəsdir. 
Qala kəndindəki tarixi abidələrin hər birinində uyuyan keçmiş, şanlı tarix səhifələri nə qədər yazılsa, barəsində söhbətlər açılsa belə, yenə də öz xaslığın, toxunulmazlığın, əsl tədqiqatçısın dört gözlə gözləyir. 
Buralardan ayrılarkən adama elə gəlir ki, geridə kimisə qoyub gəlirsən. Geridə qoymuş olduqlarımız az deyil. Bu səfərki isə məhz dipdiri, adam kimi geridə qoyub gəldiyimiz tariximizin bir parçasıydı. Tarixin ayağı olmur. Tarix bütün yolları bilsə də, bütün yolları ayaqlarımız altından keçirsə də, bəzən gələcəyə getməkdə acizləşir. Onun ayağına - Azərbaycan tarixinin ayağına vurulan zəncirləri isə yalnız doğru-düzgün tədqiqatlarla, saxtalıqdan, qərəzlilikdən uzaq, obyektiv araşdırmalarla aça bilərik. 
Tarixin bizimlə çiyin-çiyinə yürüməsindən qorxmaq lazım deyil. Bu qorxu hissini özündən şübhələnənlər keçirə bilər ancaq, qafil. 
 
 Xanəmir Telmanoğlu
 



Redaktorun seçimi