"Gənclər arasında dini radikalizm və onun təzahür formaları" layihəsi başa çatıb

Hit: 612
"Gənclər arasında dini radikalizm və onun təzahür formaları" layihəsi başa çatıb
“Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “ Gənclər arasında dini radikalizm və onun təzahür formaları" layihəsi başa çatıb.
 
Layihə çərçivəsində Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən tədbirlərdə rayon icra hakimiyyətinin əməkdaşları, “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin rəhbərliyi, Gənclər Fondunun və rayon Gənclər və İdman İdarəsinin, gənclər iştirak ediblər.
 
Çıxışlarda radikalizmin təzahür formalarından bəhs edilib və qeyd edilib ki, müasir dövrdə dünyanın bir çox dövlətləri dini ekstremizm və terrordan ciddi əziyyət çəkir. Terror hadisələri səbəbindən dünyanın bir çox bölgələrində ictimai sabitlik pozulur, vətəndaş qarşıdurması yaranır, milyonlarla insan qaçqın və didərgin həyatı yaşayır, tarixi memarlıq abidələri dağıdılır.
Bildirilib ki, respublikamızda ictimai-siyasi və dini vəziyyət sabitdir. Ölkəmizdə dini radikalizmə qarşı inzibati, ideoloji və hüquqi mübarizə aparılır. Bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, hüquq mühafizə orqanları və Gənclər Fondunun fəaliyyəti yüksək qiymətləndirilib.

 









Redaktorun seçimi