"ASAN Xidmət"dən daha bir sosial rolik - VİDEO

Hit: 843
"ASAN Xidmət"dən daha bir sosial rolik - VİDEO

"ASAN Xidmət" 25 noyabrı Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı sosial aksiya həyata keçirilib.

Məlumat üçün bildirək ki, ASAN xidmət mərkəzlərində şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xüsusi cihazlar vasitəsi ilə həyata keçirilir. Cihaz vasitəsi ilə vətəndaşların imzası, fotosu və barmaq izi yerində alınır. Xüsusi ekran vasitəsi ilə vətəndaş çəkilmiş öz şəkilinə baxa bilir.

25 noyabr Qadın Zorakılığına Qarşı Mübarizə gününə diqqət çəkmək üçün bu cihazlardan istifadə edilib. Belə ki, vətəndaşlara öz fotoları əvəzinə şiddətə məruz qalan qadın fotoları göstərilib. Vətəndaşlar əvvəlcə fotonu daha sonra onlara verilən mesajı gördülər.

Vətəndaşlar qadınlara qarşı zorakılıq qəbuledilməz olduğunu, zorakılıq hallarının aradan qaldırılması üçün işlər görüldüyünü, Cəmiyyət tərəfindən zorakılıq hallarının baş verməməsi üçün qüvvələrin birləşdirmələrini bildiriblər.

 









Redaktorun seçimi