Bakıda sürüşmə - FOTOLAR

299 dəfə oxunub
Bakıda sürüşmə - FOTOLAR
Xəbər verdiyimiz kimi, Bakıda yolda 100 metr uzunluğunda sürüşmə baş verib, maşın torpağın altında qalıb. 
 
 Hadisə yerinə hazırda Baş Nazir Əli Əsədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov və Fövqəladə Hallar Nazirinin Birinci müavini Rəfail Mirzəyev hadisə yerindədirlər.
 
Qeyd edək ki, hadisə Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında baş verib. 
 
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbaut katibi Anar Nəcəfli bildirib ki, ötən il də bu ərazidə sürüşmə nəticəsində yolun istinad divarları uçub.
 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geologiya Kəşfiyyat Xidmətinin baş mühəndisi Əziz Qaralov bildirib ki, sürüşmə prosesinə səbəb insan amilləridir: 
 
“Keçən həftə bu ərazi barədə məlumat vermişdim. Daima yamac tərəfdə intensivlik olur. Baxmayaraq ki, layların yatım istiqaməti qərb tərəfədir, yamacın təsirindən daima dəniz istiqamətində təzyiq olur. 
 
Atmosfer çöküntülərinin intensiv olması ilə əlaqədar olaraq torpaq qatı ağırlaşır, təzyiq artıq və sürüşmə baş verir. Gəmiqayırma zavodu tərəfdə inşa edilən istinad divarımın çökməsi tipli hadisə yenidən baş verib”. (Qafqazinfo)

1
1
1
1
1
1
1
1
1
1



Redaktorun seçimi