BDU-nun zəhərlənərək ölən tələbəsi dəfn olunub - FOTOLAR

277 dəfə oxunub
BDU-nun zəhərlənərək ölən tələbəsi dəfn olunub - FOTOLAR
Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənərək ölən tələbə dəfn olunub.
 
20 yaşlı Xasmətova Şəkər Faiq qızı doğulduğu Qusar rayonunun Xurel kəndindəki qəbirstanlıqda torpağa tapşırılıb.
 
BDU-nun Fizika fakültəsinin IV kurs tələbəsi olan Ş.Xasmətova noyabrın 21-də dünyasını dəyişsə də, atası Faiq Xasmətov ölkədə olmadığı üçün dəfn gecikib.
 
Qeyd edək ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə üç tələbə qız aşkarlayıblar.(oxu)

1
1
1



Redaktorun seçimi