AzTU-nun rektoru Fələstinin Azərbaycandakı səfiri ilə görüşüb

Hit: 567
AzTU-nun rektoru Fələstinin Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərimlə görüşüb. Rektor bildirib ki, görüşün məqsədi Azərbaycan Texniki Universitetinin (AzTU) ərəb ölkələrində daha yaxından tanıdılmasıdır.
 
Azərbaycanda iqtisadiyyatın və sənayenin inkişafından danışan Vilayət Vəliev, bunun müasir təhsil modelində tətbiqinin vacibliyini vurğulayıb. O, rektor təyin olunduğu son 3 ay ərzində fakültələrin yenidən təşkil olunduğunu, universitetlə əmək bazarı arasında məsafənin qısaldılması istiqamətində mühüm işlər görüldüyünü bildirib. Ərəb ölkələrində ən çox maraq doğuran süni intellekt, robotexnika kimi ixtisasların inkişaf etdirilməsi üçün bir sıra işlər görüldüyünü deyib.
 
Dəvətə görə təşəkkür edən Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim Azərbaycanın islam dövlətləri arasında ən müasir ölkə olduğunu bildirib. Azərbaycan və ərəb ölkələrinin mədəniyyətlərinin çox yaxın olması, eyni zamanda buranın təhlükəsiz ölkələr sırasında qərarlaşması tələbələrin daha rahat təhsil almalarını şərtləndirən əsas amillərdəndir. Səfir AzTU-nun daha yaxından tanıdılması üçün ilk olaraq ingilis və ərəb dilərində bukletlərin hazırlanıb ərəb ölklərində, xüsusilə də Fələstində yayılmasının vacibliyini diqqətə çatdırıb. Bukletlərdə həm Azərbaycan, həm də universitet haqqında geniş məlumatın olması tələbələrin ölkə və oradakı təhsil sistemi ilə yaxından tanışlığına imkan yaradacaq.
 
Səfir gələcəkdə Azərbaycan Texniki Universitetinin diplomlarının ərəb ölkələrində tanınması istiqamətində yaranmış bütün problemlərin həll olunacağını da bildirib.








Redaktorun seçimi