Miçurin adına Federal Elmi Mərkəzin nümayəndə heyəti AQTİ laboratoriyaları ilə tanış olub

Hit: 451
Miçurin adına Federal Elmi Mərkəzin nümayəndə heyəti AQTİ laboratoriyaları ilə tanış olub
Miçurin adına Federal Elmi Mərkəzin direktoru Mixail Akimovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub. AQTİ-nin İdarə Heyətinin sədr müavini Tamilla Əliyeva İnstitutun fəaliyyəti, Analitik Ekspertiza Mərkəzinin beynəlxalq standartlara cavab verən laboratoriyaları ilə bağlı ətraflı məlumat verib. Görüşdə çıxış edən İnstitutun İdarə Heyətinin sədr müavini Camal Quliyev AQTİ-də qida təhlükəsizliyi sahəsində peşəkar mütəxəssislərin hazırlanması, elmi-tədqiqat işləri, beynəlxalq standartların tətbiq edilməsi və digər istiqamətlərdə həyata keçirilən tədbirlərdən danışıb. İnstitutun İdarə Heyətinin sədr müavini C. Quliyev, AQTİ ilə Miçurin adına Federal Elmi Mərkəz arasında qarşılıqlı münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb, bu mövzuda ətraflı fikir mübadiləsi aparılıb. Daha sonra Kompleks Tədqiqatlar və Mərkəzi Fitosanitar laboratoriyalarına baxış keçirilib.








Redaktorun seçimi