Azərbaycan və Gürcüstanın institutları əməkdaşlıq edəcək

Hit: 250
Azərbaycan və Gürcüstanın institutları əməkdaşlıq edəcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu (İSİ) ilə Gürcüstanın R.R.Dvali adına Maşın Mexanikası İnstitutu arasında elmi və texniki sahələr üzrə əməkdaşlıq və birgə fəaliyyət haqqında anlaşma memorandumu imzalanıb.

İSİ-dən bildirilib ki, memorandumun məqsədi hər iki ölkədə maşınqayırma və nəqliyyatda tədqiqat layihə işləri sahəsində elmi-tədqiqat müəssisələri və ayrı-ayrı alimlər arasında birgə qarşılıqlı səmərəli elmi fəaliyyətə kömək göstərməkdir. Həmçinin memorandum çərçivəsində birgə elmi-tədqiqat işlərinin, qrant layihələrinin həyata keçirilməsi, görüşlərin və konfransların təşkili, birgə elmi nəşrlərin və elmi-metodiki materialların çap olunması da nəzərdə tutulub.









Redaktorun seçimi