Qanunsuz ov edən rayon sakinləri saxlanılıblar

Hit: 313
Qanunsuz ov edən rayon sakinləri saxlanılıblar

Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi ərazisində qanunsuz ov edən rayon sakinləri T.Süleymanov və Ə.Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Faktor.az-a bildiriblər ki, T.Süleymanovun idarə etdiyi “VAZ-21099” markalı avtomobilə baxış zamanı “İJ-58” və “Laurona-710” markalı ov tüfəngləri, 34 patron və 7 ədəd ovlanmış turac quşu aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi