“ASAN xidmət” dünya ölkələrinin diqqətini cəlb edib

Hit: 376
“ASAN xidmət” dünya ölkələrinin diqqətini cəlb edib

“ASAN xidmət” fəaliyyətə başladığı vaxtdan onun tabeliyində olan mərkəzlərdə Yeni Azərbaycan Partiyasının (YAP) ərazi ilk partiya təşkilatları yaradılır. Bu gün Şəki “ASAN xidmət” mərkəzində partiyanın ərazi ilk təşkilatının yaradılması isə çox əlamətdar bir dövrə təsadüf edir. Noyabrın 17-də xalqımız Milli Dirçəliş Gününü bayram edib. Noyabrın 21-də isə YAP-ın yaranmasının 27 illiyi qeyd olunacaq.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Şəkidə jurnalistlərə müsahibəsində deyib.

Dövlət Agentliyinin sədr müavini bildirib ki, tədbirdə YAP-ın ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrdə oynadığı rol barədə partiya sıralarına yeni qəbul olunan gənclərə ətraflı məlumat verilib, “ASAN xidmət”in Azərbaycanın intellektual brendi kimi, dünya ölkələrinin də diqqətini cəlb etdiyi vurğulanıb. “Tədbirdə, eyni zamanda, gənclər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan son islahatlar, bu islahatların həyata keçirilməsində gənclərin rolu və qarşıya qoyulan hədəflər barədə də geniş məlumatlandırılıblar”,- deyə Ceyhun Salmanov bildirib. (Azərtac)









Redaktorun seçimi