Nazirlik hərəkətə keçdi - Sumqayıtda kəskin iy-qoxu ilə bağlı

Sumqayıtda Azər Kimya İstehsalat Birliyinin Etilen-Polietilen zavodu ətrafında havada qeydə alınan kəskin iy-qoxu ilə bağlı daxil olan məlumat əsasında ETSN-nin əməkdaşları hadisə yerindədir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.
Məlumata görə, hazırda kəskin iy-qoxunun yayıldığı ərazidə və ətrafda monitorinq və araşdırmalar aparılır, atmosfer havasından nümunələr götürülür.
ETSN-nin Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov jurnalistlərə bildirib ki, aparılan araşdırmalar və götürülən nümunələr əsasında ətrafa yayılan iy-qoxunun mənşəyi, ətraf mühitə təsirləri barədə rəy veriləcək.
Hazırda araşdırmalar davam etdirilir.