BDU kollektivi Universitet ərazisinə 650 ağac əkdi

154 dəfə oxunub
BDU kollektivi Universitet ərazisinə 650 ağac əkdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi təşəbbüsü ilə əlaqədar Bakı Dövlət Universitetində növbəti ağacəkmə aksiyası keçirilib.
 
BDU-nun yataqxana şəhərciyində 650 ədəd ağacın əkildiyi aksiyada universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. İştirakçılar aksiyanın dahi sənətkarın xatirəsinin əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib, bu təşəbbüsün Nəsimi irsinin daha geniş təbliği ilə bərabər, ölkəmizin yaşıllıqlar diyarına çevriləcəyi, ətraf mühitin mühafizəsi, hava məkanının sağlamlaşdırılması və iqlimin yaxşılaşdırılmasına böyük töhfə verəcəyini qeyd ediblər.



Redaktorun seçimi