Azərbaycanda 228 il yaşı olan məscid təmir ediləcək - FOTOLAR

Hit: 927
Azərbaycanda 228 il yaşı olan məscid təmir ediləcək - FOTOLAR
Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Lahıc qoruğu ərazisindəki Bədöyün məscidində arxeoloji tədqiqatlara başlayıb.
 
Dövlət Turizm Agentliyi və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu arasında imzalanan memoranduma əsasən təmir işlərinə başlanmazdan əvvəl abidədə arxeoloji tədqiqat işləri aparılır. Arxeoloji tədqiqatlara AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Lahıc arxeoloji ekspedisiyasının rəisi, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev rəhbərlik edir. İlkin araşdırmalar zamanı məscidin döşəməsinin alt hissəsindən müxtəlif dövrlərə aid tikili qalıqları aşkarlanıb. Hazırkı məscid binasından əvvəl bu yerdə daha üç binanın olduğu müəyyən edilib. Aparılan araşdırmalar abidənin tarixi, ilkin memarlığı kimi məsələlərə aydınlıq gətirəcək.
 
Qeyd edək ki, abidə 1791-ci ildə inşa olunub. Abidənin üzərində səkkiz kitabə mövcuddur. Bunların yeddisi ərəb dilində, biri isə ərəb qrafikası ilə Azərbaycan dilindədir. İki kitabədə hədislərdən sonra, Hicri 1295-ci il (1878-ci il) və Hicri 1323-cü il (1905-ci il) tarixləri qeyd edilib.
 
Arxeoloji tədqiqatlardan sonra məscid öz orijinal formasına uyğun təmir-bərpa və konservasiya ediləcək. İşlər başa çatdıqdan sonra isə qədim məscid yenidən istifadəyə veriləcək. (Azərtac)
1
1
1
1
1
1
1








Redaktorun seçimi