HABIL KAMAN SAVAŞI

Hit: 403
HABIL KAMAN SAVAŞI
(Ömrünün sonlarına yaxın evində görüşdük və xeyli söhbətimiz oldu. unudulmaz habil müəllimlə o görüşdən aldığım təəssüratı elə o gün dəftərçəmə köçürmüşdüm)
 
DERLƏR,
o ağac kimi də bitsəydi, su kimi də axsaydı, yenə habil əliyevin istedadını daşıyacaqdı.buludlar kimi dolub yağsaydı, yollar kimi uzanıb getsəydi, yenə habil əliyev adlı zamanın dev bir sənətkarının alın yazısını daşımalı olacaqdı.
 
eləcə günlərin şah bir günündə ağdaş  torpağının ab-havasını dünyanın ab-havasına calayır.  habil kaman ağdaş qədər qədim və əzəli bir yurddan betər olur. 
 
ailədə 11 uşaq böyüyürdü. bu uşaqların içində bir ocaqdan ayrılıb öz alov dilləri ilə göylərə bülənd olan  habil, bütün reallıqları varlığında yandırıb -yaxacaqdı.
 
barmaqları  iy bilirmiş kimi gedib gözdən - könüldən uzaq  kaman adlı bir musiqi alətinin simlərini tapır. qohumlar əlində kamanı inlədən bu balaca uşaqdan deyəsən narahat olmağa başlayırlar.” bizi kamançası ilə biyabır edəcək, bu uşaq”- deyirlər.
DERLƏR,
hələ ağdaşdadir. barmaqlari nə qədər musiqi alətinin simlərində var - gəl edirsə, bütün bədəni bu səhnədə onu seyr edənlərin üzündə təbəssüm, maraq,  gözlərində vurğunluq nişanəsi qoyur. o bəlkə də ifa olunan havadan çox, içində qaynayıb daşan havaya oynayırdı.
 
anası musiqi vurğunu bir xanımdır. övlalarının həvəsini gözündə qoymur. oğlunun birini tara, birini isə kamança sinifinə yazdırır. 
 
habil müəllimin öz etirafları var. o bilirdi ki, bu əzablı, çətin yolda üzə çıxmaq o qədər də asan olmayacaq. eləcə də olur.  sözsüz ki, son dərəcə istedad sahibiydi. ancaq ona çıxdığı bu yolda dəstək vermək, uğurlarını görüb  qiymətləndirmək lazım idi. 
DERLƏR, 
ikinci dünya müharibəsi çox evləri başsız, çox ocaqları odsuz qoydu. atası müharibəyə yollanır. bu bəs deyilmiş kimi qardaşlarından biri  müharibəyə gedir. nə atası, nə qardaşı o odun alovun içindən bir daha geri dönmür. 
 
habil əliyev ağdaşdan bakıya gələndə bakıda əksər kamança çalanlar ermənilər idi. yad əllərdə doğma haqqı, bərəkəti, mənəviyyatı görmək hər oğlun işi deyil. habil müəllim yad əllərdən kamançanı kişi kimi almağı bacardı.
 
habil müəlimin gördüyü digər bir vəhşət də vardı. erməni sənətkarlar  kamançada muğamın başına min oyun açırdılar. onu ironiya edir, ələ salırdılar.
 
o bizə muğamı başqa bir etiramla qaytardı. bu gün onun kamançasından muğamlarımızı dinləyən dost da, düşmən də məcburən  bu millətin mənəvi səltənətinə etiram nümyiş elətdirir.  
çünki muğamlarımız bizim həqiqətimizdir. ilahi yaxşılıqlarımızdır.
DERLƏR,
kimləri müşaət etməyib ki, habil müəllim? hansı möhtəşəm sənətkarlarımızla   musiqimizin ölməzliyinə imza atmayıb ki? kimlərdən sayqı, izzət  görməyib ki? 
 
fikrət əmirov isə onun yaratdığı musiqini bilirsinizmi nəyə bənzədib?  qısa, yığcam, amma aləmlərə meydan oxuyan bir məna. “onun ifa elədiyi musiqi cənnətdən gələn səsdir”.
 
habil əliyevin qəbul eləyə bilmədiyi məsəllər az deyil. bəzilərinin musiqimizi zay eləməsi, bəzilərinin gözdəın salmasına heç cürə dözə bilmirdi. 
 
səsin vurğunu olan, sözün mahiyyətini də anlayar. o füzulinin də vurğunudur.. bir damladan dəryanın dadını bilən kimi, bir misradan füzulinin dünyasını dərk eliyəndir.
 
tanrı ona səsləri ayrıd eləmək imkanı verir. səslərin dibinə enir. kamançasındakı səslərə nəsə əlavələr etmək onun varlığını gecə-gündüz  tərk eləmir. 
 
bu da atdığı addım. kamançanın səsini apardığı eksperimentlərlə dəyişir. kamançanın səsinə ürəyinin səsini qatır. indi bu alətin çıxardığı haray ruhumuzun  dilinə çevrilib. 
DERLƏR,
onun haqqında çox söz demək mümkündür. heç indiyə kimi az  deyilməyib də. ancaq deyilənlərin başında bir fikirdə gəlir: habil əliyev kamançanı Azərbaycan musiqisinin milli aləti eləməyi bacardı. 
 
başı çox bəlalar çəkib. ona qarşı haqqsızlıqlar az olmayıb. habil müəllimin də bu qaragüruhdan, onların qaramatından zara gəldiyi anlar  zamana sızğmaz. ancaq bu cür sənətkara qarşı yanlış addımlar atanlar bilmirlər ki, onların addımları, xalqın ruhuna atılan daşlardır. 
 
o kimdir balaca bir musiqi alətinin başına aləmlərin oyununu açan. o kimdir eləcə kimliyini və kimliyimizi bir alətin simlərindən dünyaya car çəkən. o kimdir barmaqlarının ucunda simləri tarıma çəkib  iki dünyanın sərhəddini pozan? o kimdir beləcə  cinayət törədən?








Redaktorun seçimi