Məktəblilərin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları

36 dəfə oxunub
Məktəblilərin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları
Bakı şəhərindəki ümumtəhsil, lisey, gimnaziya və internat məktəblərinin şagirdlərinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları təşkil olunur.
 
Ekskursiyalar Təhsil Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə razılaşmaya əsasən təşkil olunub. Məqsəd məktəblilərin Azərbaycanın zəngin mədəni irsi, tarixi, maddi-mədəniyyət nümunələri haqqında ətraflı məlumat əldə etmələrinə nail olmaqdır.
 
Tədris ili boyu təşkil edilən ekskursiyalarda şagirdlərə Şirvanşahlar sarayı, Qız qalası, Sıratağlı Dini-Memarlıq Kompleksi, Buxara və Multanı Karvansaraları, Qoşa Qala Qapıları və qala divarlarının tarixi, ilkin memarlıq üslubu haqqında məlumat verilir, məktəbliləri maraqlandıran suallar cavablandırılır.
 
Qeyd edək ki, təsdiq olunmuş qrafikə uyğun keçirilən ekskursiyalar tədris ilinin sonuna qədər davam edəcək. 



Redaktorun seçimi