Balakəndə törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb

Hit: 317
Balakəndə törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb

Balakən rayon sakini Elvin Balayevin noyabrın 14-də kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə hadisənin həmin gün Hənifə kəndi ərazisində kənd sakini Z.Layıcov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib. Qəsdən adam öldürməkdə şübhəli bilinən Z.Layıcov təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.









Redaktorun seçimi