“Mən bunu bilsəydim” adlı tədbir keçiriləcək

Hit: 504
“Mən bunu bilsəydim” adlı tədbir keçiriləcək

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Youth Inc." Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində "Mən bunu bilsəydim" adlı tədbir keçiriləcək.

ASK-dan bildirilib ki, noyabrın 20-də baş tutacaq tədbir Davos formatında tərtib olunaraq 4 biznes sahibinin öz bilik və təcrübələrini bölüşəcəyi panel müzakirələrindən ibarət olacaq. Məruzəçilər sahibkarlıq fəaliyyətinə uzun müddət öncə başlayan şəxslər olaraq panel çıxışlarında öz bilikləri, iş təcrübələri ilə və biznes həyatları ilə bağlı dedikləri “Mən bunu bilsəydim...” cümləsinin davamını bölüşəcəklər.

Tədbirdə iştirak etmək üçün www.mbm.youthinc.az ünvanı ilə qeydiyyatdan keçmək kifayətdir.

Qeyd edək ki, “Qlobal Sahibkarlıq Həftəsi” 2008-ci ildə təsis edilib, artıq dünyanın 160 ölkəsini əhatə edir və ideyaları reallaşdıran, iqtisadiyyatı irəli aparan və biznes fəaliyyətləri vasitəsilə insan əmin-amanlığını genişləndirən innovasiya sahiblərini və iş yerləri yaradanların fəaliyyətini qeyd edən vacib hadisədir.









Redaktorun seçimi