Abşeronda evdən oğurluq edən şəxslər saxlanılıb

Hit: 351
Abşeronda evdən oğurluq edən şəxslər saxlanılıb
Abşeron rayonunda evdən 3000 manat və 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
 
Bu barədə Faktor.az–a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 12-də rayon ərazisindəki evlərin birindən 3000 manat, 1500 manat dəyərində qızıl-zinət və gümüş əşyalar oğurlanıb.
 
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri O.Paşazadə və əvvəllər məhkum olunmuş Ə.Savdumov saxlanılıb.
 
Faktla bağlı Abşeron Polis İdarəsində araşdırma aparılır.








Redaktorun seçimi