AQTİ işə qəbul üçün vakansiya elan edib

Hit: 432
AQTİ işə qəbul üçün vakansiya elan edib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən Bakı şəhəri və regionlar üzrə qida təhlükəsizliyinə nəzarət sahəsində həyata keçirilən uzunmüddətli layihə çərçivəsində kadr potensialının gücləndirilməsi üçün müxtəlif mütəxəssis vəzifələrinə işə qəbul məqsədilə aşağıdakı tələblərə cavab verən namizədlərlə müsahibə elan edilir.
 

İxtisas tələbləri:
- epidemioloq;
- həkim-gigiyenist;
- standartlaşdırma və sertifikasiya mühəndisliyi;
- istehlak mallarının ekspertizası və marketinqi;
- qida məhsulları mühəndisliyi;
- baytarlıq;
- aqronomluq və bitki mühafizəsi;
- kimya.
Namizədə tələblər:
- Ali təhsil tələbi: İxtisası üzrə bakalavriat səviyyəsi. Magistratura səviyyəsi arzuolunandır.
- Azərbaycan dilini səlis bilməlidir. Rus və ya ingilis dili arzuolunandır.
Şərtlər:
- İş qrafiki: Tam iş günü.
Üstünlüklər:
- Əmək fəaliyyəti zamanı istehsalatdan ayrılmadan aidiyyəti təlim, təkmilləşmə və yenidənhazırlanma təlimlərinə cəlb olunması.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “AQTİ layihəsi - (aidiyyəti ixtisası)” yazaraq [email protected] e-poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edilərək müsahibəyə dəvət olunacaqdır.
Suallarla bağlı bu nömrə ilə əlaqə saxlaya bilərsiniz:
+994 12 377-00-20 (532) İnsan resursları və sənədlərlə iş şöbəsi









Redaktorun seçimi