QOCALAR EVİNFƏ VƏTƏN SEVGİSİ

450 dəfə oxunub
QOCALAR EVİNFƏ VƏTƏN SEVGİSİ
Yaşam mücadiləsi.
 
Bilmirəm yaşamaq gözəldir, yoxsa ölüm dəhşətdir? Bu dünyadan əl çəkmək, bu hissi özünə yaxın buraxmamaq..
Nə olur olsun!
Hansı məşəqqətlərə yüklənsən belə! Çabalamaq, çaba göstərmək, nə olur olsun təki yaşayım- mücadiləsi...
Harda bir yaşlı görərdimsə yazığım da gələr, ürəyim yanar, bu çabalara qəlbimdə üzülərəm də.
Divardan tuta- tuta, söykənə- söykənə gedən qoca dayandırdı məni. "Bəlkə ürəyi tutub" deyə. Bir neçə addım atıb qayıdıram geri:"Özünüzü pis hiss edirsiniz? Kömək edim?" Solğun bənizi, qəm ysğan gözü ilə üzümə baxaraq:" Yox, bir təhər gedərəm, ayaqlarım incidir." 
Ürəyim göynəyir müalicə otaqlarının qapısın kəsib, növbə gözləyən yaşlılara. Dillərinə şirinlik qatıb, bir az da yaranırmış kimi ağxalatlılara təbəssüm göstərənlərə.
Yazığım gəlir. Həqiqətən!..
Bir- birinin qoluna girib, o biri əlində çəlik, bir- birinə söykənərək gələn ixtiyarlar. Belini şux tutmağa çalışan, addımların güclə atan qocalar. Nədənsə üzlərində bir mutluluq, ümüdə oxşar bir şey hiss etdim. Deyərdim ki sanki təzəcə ailə qurmuş xoşbəxtlər kimi... 
Heç kim bu dünyadan- bu gözəllikdən ayrılmaq istəmir.
Elə özüm də!..
Həkim deyir havada olmalısan, piyada gəzməlisən... həkim deyir..həkim deyit...
Baxıram bu müalicə ocağına hər kəs bu çabada...
Bir də!.. 
Gözümün önündə açılan xiyabanlar -- hər şəhərdə, hər kənddə ucu- bucağı görünməyən Xiyabanlar...
Orada uyuyanlar üçün həyat şirin deyilmidi?!..
Ölümünü bilə- bilə, onun gözünə düz baxa- baxa Vətən, Torpaq yolunda özünü fəda edənlər necə?!..
ŞƏHİDİM, Sənin üçün bu işıqlı dünya,  firavan həyat gözəl deyilmidir?!.
Göz önündə açılan bu səma, Ay, Günəş, adamın ruhun dincəldən gül- çiçək, dağ- dərə, ucu görünməyən dəniz, okian...
Sən nədən düşünə bilmədin bu gözəllikləri ?!
Arxanda buraxdıqların, baharını qışa çevirdiklərin necə?! 
Necə qıydın Anana?!
Bəs atasız-- köməksiz yaşayan, yaşayaraq həyatın acı burulğanında çabalayan körpələr necə? Heçmi gəlmədi eyninə?!..
Heçmi düşünmədin gənclik təravəti canında, ürəyində min- bir arzu- diləyi olan, kimlərəsə möhtac buraxdığın qadınını?!..
Bu necə sevgi, hiss, duyğudur ki, bunlardan öndə?! 
Bu necə sevgidir?!
Sonu qaranlıq bir kabus olduğunu bilərəkdən getmək?!.. Bu sevgi Səni qopardı, qopara bildi! 
...Və bu kimi düşüncələr.
Demirəm yaşlananlar ölümə məhkumdur. Demirəm!
Sadəcə müqayisə edirəm və Vətən sevgisini, milli qeyrəti hər şeydən üstün tutan. bu yolda can qoyanları yadımdn çıxara bilmirəm. 
Onların-- ŞƏHİDLƏRİN qarşısında nə qədər borclu olduğumuzu görürəm...
"Bizi bağışlayın" sözünə də xəcalət çəkirəm.
 
TAHİRƏ BƏDƏKOVA



Redaktorun seçimi