Xaricdə yaşayan soydaşlarımız üçrəngli bayrağımızla fəxr edir

Hit: 285
Xaricdə yaşayan soydaşlarımız üçrəngli bayrağımızla fəxr edir
Niderlandda fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin ofisində 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.
 
Tədbirdə Türk-İslam Vakfının, Türk evinın, Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin nümayəndələri və dərnəyin dil kurslarında təhsil alan şagirdlər iştirak ediblər.
 
Toplantıda çıxış edən dərnəyin sədri İlhan Aşkın Azərbaycan bayrağının tarixindən ətraflı danışıb. Qeyd olunub ki, 2010-cu ildən etibarən noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur: “Bu gün hər bir azərbaycanlı dövlət bayrağı ilə fəxr edir, onu sevir və uca tutur”.
 
Tədbir Azərbaycan və Türkiyə bayraqlarının nümayiş etdirilməsi və xatirə şəklinin çəkilməsilə yekunlaşıb.








Redaktorun seçimi