MARSDA DA QURAN İNSANA XİTAB EDİR - Müəllifin öz ixtisarıyla

Hit: 369
MARSDA DA QURAN İNSANA XİTAB EDİR - Müəllifin öz ixtisarıyla
Artıq dünyanın gedişatı göstərir ki, yaxın gələcəkdə yer kürəsinin insanları kütləvi  şəkildə başqa planetlərə doğu üz tutacaqlar. Zaman gələcək ki, yer kürəsi dediyimiz bu dünya insanların azlığından intizar çəkəcək. Dünya insanların xiffətini bəlkə çox çəkəcək. Bu səfər nə Nuhun tufanı, nə də bəlkə də ad və səmud qövmlərinə daraşan xəstəlik, kütləvi salqın viruslarından  bir ucdan dünyanın künc-bucağından boylanan insanların yox olmasından deyil. Insan ağlı, elmi, ortaya qoyduğu yeniliklər bu kainata az şeylər vermədi. Gərək bunlardan da danışaq, bunları da etiraf edək. Elə insanoğlu yaradılışdan bu yana qarşısına məqsəd qoymayıb ki, günahlar işlədə, şeytana qulluq edə, şərə qoşula.
 
Insan təkcə, qaranlıqlara rəng qatmayıb, insnan oğlu həm də işığı daha da işıqladıb, neçə-neçə sabahlara elə şəkildə üzüağ çıxıb ki, açılan sabahaların da insanlığın varlığındakı, bünyəsindəki gözəlliklərə həsəd aparıb, tamah salıb.
 
Son zamanlar verilən xəbərlərdən də göründyü kimi, insanların başqa planetlərə kütləvi  oaraq səfərə çıxmaq marğı sonsuzdur. Artıq insanlar dünyanın ötəsindəki digər məkanlara, planetlərə içlərində böyütdükləri maraq və istəklərini həyata keçirməyin o qədər də çətin olmadığını yaxşı dərk edirlər. Bu barədə son 20 ildə  zənginlər tərəfindən verilən sifarişləri, elmin gəldiyi nöqtəni, insanların gedəcəkləri yerdə öncədən gördükləri hazırlıqlardan, gedəcəkləri yerdəki şəraitləri  barəsində danışıb baş-beyin apamaq fikrim əsla yoxdur. Sadəcə öz duyğularımı və qəanətlərimi bölüşmək niyyətindəyəm sizinlə.
 
Mən insanların kütləvi şəkildə bu gün Amerikaya, Fransaya, Yaponiya və Kanadaya necə uçaqlarla gedib gəlirsə, eləcə də, digər planetlərə gedib gələcəklərinə inanıram. Bunun üçün artıq elmin naliyyətlərindən xəbəriniz də olmamış olmaz.
 
Bir zamanalr biz yer üzünə necə gəlmişiksə, söhbət çoxunluqdan gedir, eləcə də gələcəyin insanları dəstə-dəstə bir də gördün Marsa bir dağın yanından uça-uça keçdilər. Qədim nağıllarda quş olmaq istəmirdinmi, ey insan? Quş olmağın da görünür yer kürəsində istək olaraq ruhuna hopmuşdursa, başqa planaetlərdə reallığa çevriləcək.
 
Bir də gördün bir həmyerlimiz Bakıdan bir minəklə (şərtidfir adı) Şəkidən gəldi və Marsa bilet aldı ki, Marsa uçsun. Gedib heç olmasa, 2 aydır görmədiyi atasını, ya anasın, qardaşlarını görüb gəlsin. Bu səfərdə Şəkili o yerlimiz Marsada  bizim vaxtla iki gecə qalmalı olur. Bu zaman ailəsiylə görüşən Şəkili orda ailəsiylə bir yerdə zaman keçirən insanlara hansı lətifəni danışa bilər.Maraqlıdır  deyilmi? Gülməkdən qarınlarını tutub gedənlər az olmaz yəqin. Qoy o Şəkilinin danışa biləcəyi  hansısa  lətifəni oxucu özü təsəvvür edib düşünsün...
 
Yaxut da Bakı Dövlət Unversitetinin  filaogiya fakültəsinin tələbəsi Marsa gedir. Ordakı kütləvi yaşayan insanların yanına düşür. Bir tanışını tapır. Axır bir gün onun nəsə oxuması gərəkər yəqin. Özüylə bir kitab götürür və bu kitab H. Cavidin  kitabıdır. Mütaliə saatında oturub o kitabdan bu misraları oxuyur:”Uçar, uçar, yеnə ruhum diyari-hüznə qoşar, Uzaq, uzaq, pək uzaq bir mühit içində yaşar....”, yaxut o mətnin digər misraları”Təcəssüm еtmədə qarşımda bir cihani-ələm,..”... Cavid əfəndi orda da insnlar üçün diri, dipdiri bir şəkildə yenidən zühur edər.  İnsan şaşırmaya bilməz. Ancaq adını çəkmədiyim o qədər dünyada yazarlar var ki, inanın,belə bir testlə sınaqdan çıxarsan, bir sözləri belə gələcəkdə yaşaya biləcəyinə, gələcək insanların varlığına hakim kəsilcəyinə inanmaq mümkün deyil.
 
Insan harda olur olsun, əslində eyni məkanın mahiyyətindədir. Fərqli kimi görünən məkanlarda isə, biz insanlar bəzi qənaətlərimizi, insanlıq təcrübələrimizi sınaqdan çıxarmaq, təsdiqini əldə eləmək  baxımdan çox önəmlidir.
 
Bu asbekdən baxıldığında, Qurani-Kərim bax o yolçuluqda ən doğma və ən yaxın kitab olacağı qənaətindəyəm. Quranın hər bir ayəsi, surəsi o gələcəkdə insanların kütləvi marağına səbəbəb olacaq Məkanda, məsələn, Marsda, Ayda ... vaz keçə bilməyəcəyi kitab olacaq.Bütün kitablar itirilsə və yandırılsa da, Marsda Qurani-Kərim tək kitab olaraq öz varlığını qoruyub saxlayacaq. Təsəvvür edin ki, bir insan Marsda oturduğu yerdən “fatihə” surəsini oxuyur:"Kitabı açan" surəsi, 7 ayə,
Məkkədə nazil olub
 
Mərhəmətli və Rəhmli Allahın adı ilə! 
 
1. Mərhəmətli və Rəhmli Allahın adı ilə!
 
 2. Həmd olsun aləmlərin Rəbbi Allaha,
 
 3. Mərhəmətli və Rəhmliyə,
 
 4. Haqq-hesab gününün Hökmdarına!
 
 5. Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
 
 6. Bizi doğru yola yönəlt –
 
 7. nemətbəxşetdiyinşəxslərinyoluna, qəzəbəuğramışlarınvəazmışlarınyolunadeyil!
 
NamazınıqılmaqistəyənbirmüsəlmanUçaqdanamazınınecəqılırsa, eləcədə o adınıçəkdiyimizplanetlərdənamazınırahatlıqlaqılabiləcəyinəəminəm.
 
Mən istərdim, dəyərli oxucular, elə bu səhnəni bir müsəlmanın varlığıyla, varlığında gözlərində canlandırsınlar. Yəqin ki, təklif elədiyim bu mövzu, düşünən, üstəlik də inanclı insanlara az söz, az həqiqət söyləmir.
 
 
 








Redaktorun seçimi