Müğənni Vüqar Muradovun evindən oğurluq edən şəxs tutulub

Hit: 292
Müğənni Vüqar Muradovun evindən oğurluq edən şəxs tutulub
Müğənni Vüqar Muradovun evindən oğurluq edən şəxs tutulub.
 
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ifaçı polisə verdiyi izahatında oğurluq edən şəxsin usta olduğunu bildirib: “Kombi ustası evimdən 3500 manat pulumu oğurlayıb. Pulumu hər zaman evdə istilik sisteminin arxasında saxlayırdım. Dünən səhər bizə gəldi, kombini düzəldib getdi. Yatmışam, ağlıma gəlməyib. O da pulu oradan götürüb gedib. Zəng vurdum ki, qardaş, heç kim bilməyəcək, öz xoşluğunla pulumu gətir qaytar. Mənimlə elə danışdı ki... Dedim, dünən yox, o biri gün oradan 2500 manat pul götürmüşəm, dünən səhər də evə sən gəlmisən. Atama maşın almağa gedirdim. Əlimi atdım ki, pulu götürüm, gördüm, yoxdur”.
 
Müğənni aidiyyəti üzrə Binəqədi rayon 6-cı polis bölməsinə müraciət edib: "Polislər qısa zamanda oğrunu tapdılar və pulu mənə qaytardılar”.








Redaktorun seçimi