Oktyabrda əməkhaqqı fondunda artım göstəricisi 34,2 faizə yüksəlib

Hit: 345
Oktyabrda əməkhaqqı fondunda artım göstəricisi 34,2 faizə yüksəlib

Azərbaycanda əmək haqlarında ciddi artımların edilməsi, məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında davamlı inkişaf və əməyin leqallaşdırılması sahəsində kompleks tədbirlər əməkhaqqı fondunun da ciddi şəkildə artımı ilə nəticələnir.

Bu barədə Faktor.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

2019-cu ilin ötən ayları üzrə bu istiqamətdə mütəmadi olaraq hər ay üzrə artım dinamikası qeydə alınıb. Xüsusilə də bu artım aydan-aya daha yüksək faizlə özünü göstərib.

Belə ki, əməkhaqqı fondunda cari ilin yanvar ayında artım göstəricisi 3,7 faiz, fevral ayında bundan iki dəfə çox - 7,4 faiz olub. Mart ayında 10,5 faiz, aprel ayında 14,5 faiz, may ayında 17,6 faiz, iyun ayında 18,8 faiz, iyul ayında 19,8, avqust ayında 21 faiz artım baş verib.

Son aylarda isə bu artım göstəricisi daha da yüksəlib: sentyabr ayında əməkhaqqı fondunda artım 29,6 faiz, oktyabr ayında isə 34,2 faiz olub.









Redaktorun seçimi