Prezident Musa Yaquba ev verdi

Hit: 166
Prezident Musa Yaquba ev verdi

Prezident İlham Əliyev Xalq şairi Musa Yaquba mənzil hədiyyə edib.

Bu barədə şairin özü məlumat verib. O qeyd edib ki, mənzil Bakı şəhərindədir və 3 otaqlıdır.

Xalq şairi ona mənzil hədiyyə etdiyi üçün ölkə başçısı İlham Əliyevə minnətdarlığını ifadə edib:

“Bu qoca və xəstə halımda ölkə başçısı məni bir daha sevindirdi. Buna görə özüm və ailəm adından Prezidentə təşəkkür edirəm”. (Qafqazinfo)









Redaktorun seçimi