Bakı polisi itkin düşmüş kişini tapıb

Hit: 293
Bakı polisi itkin düşmüş kişini tapıb
Bakıda itkin düşmüş kişi tapılıb.
 
İtkin düşmə hadisəsi oktyabrın 31-də paytaxtın Binəqədi rayon ərazisində baş verib.
 
Belə ki, Salman Nəsibov yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
 
Daha onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
 
Binəqədi Rayon Polis İdarəsinin 6-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində noyabrın 6-da S.Nəsibov tapılaraq ailə üzvlərinə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır. (Report)








Redaktorun seçimi