“Təkrar edirəm, müəllimlərin maaşı 2 min manat olmalıdır!” - Misir Mərdanov

Hit: 518
“Təkrar edirəm, müəllimlərin maaşı 2 min manat olmalıdır!” - Misir Mərdanov

Sabiq Təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov İctimai Televiziyada (İTV ) yayımlanan “3D” verilişinin qonağı olub.

M.Mərdanov naziri olduğu dövürdə səsləndirdiyi "müəllimə 2 min manat məvacib verilməlidir" fikrinə ayınlıq gətirib.

“Hesab etmişəm ki, müəllimlərin maaşı 2 min olsa yaxşıdır. Mən onu tək müəllimlərlə görüşdə deyil, digər lazımi yerlərdə də səsləndirmişdim. Fikrimi müdafiə də eləmişdim. Nəticədə belə olmuşdu ki, pilə-pillə bütün müəllimlərin maaşı artacaqdı. Mən indi sevinirəm ki, üstündən müəyyən vaxt keçdikdən sonra Azərbaycanda orta və ali məktəblərin müəllimlərin əmək haqları iləbəil artır. Mənim arzum, istəyim və o zaman dediklərim sevinirəm ki, indi həqiqətə çevrilir”.

M.Mərdanov hesab edib ki, hazırda müəllimlərin əməkhaqları o dövürkündən qat-qat yaxşıdır. (Modern)









Redaktorun seçimi