Yol polisi xidməti avtomobilini şəxsi avtomobili kimi istifadə edə bilər? - VİDEO

Hit: 9869
Yol polisi xidməti avtomobilini şəxsi avtomobili kimi istifadə edə bilər? - VİDEO

Yəqin ki, belə halların baş verməməsi üçün DİN və DYP rəhbərliyi ciddi tədbir görəcək

Faktor.az Xeber-Xetti.com saytının YouTube.com səhifəsindəki, videosuna əsasən Bakı Şəhər Baş Polis İdarəsinin Yol Patrul Xidmətinin inspektoru (hələlik adı bəlli deyil)  Yol Patrul Xidmətinə məxsus 99 YP 314 dövlət nömrə nişanlı avtomobilini şəxsi maşını kimi istifadə etməsi görüntülərini yayıb.
 
Qanunvericiliyin əsəslarına görə xidmətdə olan patrul maşını və ya hər hansısa əməkdaş xidmət yerini tərk edə bilməz. Dövlətin onlara təkim etdiyi avtomaşından öz şəxsi problemlərini hansısa formada həll etmək üçün istifadə edə bilməz. Lakin video görüntülərdə əks olunanlar isə bunun tam əksini söyləyir.
 
Beləki, DYP nin 99 YP 314 dövlət qeydiyyat nişanlı avtomaşını  02.10 2019 tarixində Yasamal rayonu Akim Abbasov küçəsində Elitin yanı adlanan ərazidə  yerləşən mənzilinə  xidməti maşınla xidmətdə ola ola gedib istədiyi kimi dincəlir. Və istədiyi vaxt yenidən xidmətə çıxır. Yəqin ki, belə halların baş verməməsi üçün DİN və DYP rəhbərliyi ciddi tədbir görəcək.








Redaktorun seçimi