Xüsusi təyinatlı təhsil müəssisələrində “Beynəlxalq Müəllimlər Günü” qeyd olunub - VİDEO

Hit: 411
Xüsusi təyinatlı təhsil müəssisələrində “Beynəlxalq Müəllimlər Günü” qeyd olunub - VİDEO
“Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə xüsusi təyinatlı təhsil müəssisələrində bayram tədbirləri keçirilib.
Tədbirlərdə ümummilli lider Heydər Əliyev və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Çıxışlarda tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, “Beynəlxalq Müəllimlər Günü” ümummilli lider Heydər Əliyevin Sərəncamına əsasən ölkəmizdə bayram kimi qeyd olunur. Sonra bayramın yaranma tarixi, ölkəmizdə müəllimlərə münasibətdən və onlara göstərilən dövlət qayğısından danışıblar. Bildirilib ki, müəllimlərin əməyi nəticəsində cəmiyyət formalaşır, bilikli, geniş dünyagörüşlü və nümunəvi insanlar yetişir.
Sonra təhsilin inkişafında fərqlənən bir qrup professor-müəllim heyəti təşəkkür, fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.
Tədbirlər Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı tərəfindən hazırlanmış konsert proqramları ilə başa çatıb.








Redaktorun seçimi