Nasaz avtomobillər tıxac yaratdı - DYP müraciət yaydı - VİDEO

Hit: 396
Nasaz avtomobillər tıxac yaratdı - DYP müraciət yaydı - VİDEO

Nasaz maşınlarla yola çıxmayın

Baş Dövlət Yol Polisi İdarəsi texniki cəhətdən nasaz avtomobillər idarə edən sürücülərə müraciət edib. Avtosfer.az xəbər verir ki, müraciətlə yanaşı yol polisi videogörüntülər də yayıb. Görüntülərdən aydın olur ki, texniki cəhətdən nasaz olan avtomobillər yolda hərəkətin iflic olduğu bir vaxtda dayanır və uzunmüddətli tıxaca səbəb olurlar. Yol polisi müraciətdə onu da bildirir ki, bu cür nəqliyyat vasitələri ilə yola çıxmaq qətiyyən olmaz. Yol hərəkəti haqqında qanunun tələblərindən biri də sürücülərin avtomobilləri texniki cəhətdən saz vəziyyətdə saxlanması ilə bağlıdır. Bunu nəzərə alaraq DYP sürücülərə bildirir nasaz maşınlarla yola çıxmasınlar. Əgər hər hansı hadisə olarsa avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırsınlar. Lazım olduqda kömək də istəsinlər. Avtosfer.az həmin görüntüləri təqdim edib:









Redaktorun seçimi