Qarabağ qazisi Adil Həşimov vəfat edib - FOTOLAR

Hit: 8766
Qarabağ qazisi Adil Həşimov vəfat edib - FOTOLAR
 “N” saylı Qubadlı alayının  komandiri, Qarabağ qazisi Adil Həşimov  qəflətən ürək tutmasından dünyasını dəyişib. 
 
Faktor.az xəbər verir ki, Adil Həşimov Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. İnstitutu bitirdikdən sonra Perm şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonar Qubadlı Rayon Tikinti İdarəsində baş mühəndis kimi çalışıb. Daha sonra özünə tikinti korperativi yaradıb, ona rəhbərlik edib. Qarabağ müharibəsi başlayan zaman bütün işlərini bir kənara qoyub, Qubadlı rayonunun müdafiəsinə qalxıb, silahdaşlarıyla birgə batalyon yaradıb. Tikinti müəssisəsindən qazancını da rayonun müdafiəsinə yönəldib. Hərbi hissənin formalaşması, silahların alınmasında xüsusi rol oynayıb. İlk qanuni hərbi hissələr yaradıldıqdan sonra isə hərbi hissə komandiri olub. 1995-ci ildə sağlamlığı ilə bağlı ehtiyata buraxılıb. İki qız övladı var.
 
Döyüş yoldaşları da onun ölümünə dərindən kədərləniblər.
 
Tanınmış Qarabağ qazisi Vaqif Əlisoy mərhum savaşçı barəsindəki ürək sözlərini çatdırıb:
 
"Qarabağ üçün, doğma Qubadlının işğal olunmaması üçün əlindən gələni etdin... Fəqət, heyif ki, o yurdlarımızın azadlığını görməmiş, Qarabağsız  getdin... Sən haqq dünyasına qovuşdun,  haqqını bizlərə halal et, bizlər də  haqqımızı halal edirik, əziz qardaş! Amma  biz hələ də haqq və düşmənləri üz-üzə qalmaqdayıq... Uca Allah bu yolda bizlərə yardımçı olsun ki, belə bir-bir Qarabağsız dünyadan köçməyək... Və inşallah, Cənnətdə sənə Qarabağın azadlıq xəbərini çatdıraq...”

Mərhumun döyüş dostu Aydın Şükür sosial şəbəkədə yazdığı statusda mərhum silahdaşının xatirəsini yad edib:

"Allah yerini behişt,məkanını cənnət eləsin, cəbhədaşım, silahdaşım, dostum.

Bu ad Azərbaycanın milli azadlıq tarixində, dövlət müstəqilliyi yolunda, Azərbaycanın ordu quruculuğunda mücadilə vermiş namuslu vətən övladı kimi həmişə sayğı ilə duyulacaq, Azərbaycanın şərəfli tarixində öz layiqli yerini alacaq...

Adil bəyin bizləri tərk edib haqq dünyasına köçməsi bizləri çox sarsıtdı.

Qardaşlıq münasibətlərimizi bilib mənə də başsağlığı verən bütün dostlarımıza təşəkkür edirəm.
Mən də Adilin doğmalarına və bütün Qubadlı camaatına başsağlığı verirəm.

Üç dost, üç silahdaş, üç vətən əsgəri (üç komandir)".

 
 
 
 
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi