“Ünvanlı dövlət sosial yardımı” - aztəminatlı ailələrə dövlət qayğısının nümunəsi kimi

24 dəfə oxunub
“Ünvanlı dövlət sosial yardımı” - aztəminatlı ailələrə dövlət qayğısının nümunəsi kimi

Sosial ödənişlərin ünvanlı və aztəminatlı ailələr üçün daha təsirli şəkildə yönəldilməsi məsələsi dövlətin əsas hədəflərindəndir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun qəbul edilərək, 2006-cı ilin 1 yanvarından etibarən aztəminatlı ailələrə, yəni orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrə ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyinatına başlanıb.  

Hazırda 70 mindən çox aztəminatlı ailə ünvanlı dövlət sosial yardımı ilə əhatə olunub. Həmin ailə üzvlərinin sayı 300 min nəfərə çatır. Bir ailəyə orta aylıq məbləğ 240 manata yaxındır. Müqayisə üçün deyək ki, bir ailəyə orta aylıq məbləğ 2018-ci ildə 174,6 manat olub. Əlavə olaraq bildirək ki, bu yardımı alan ailələrdə olan 1 yaşa qədər uşağa görə isə əlavə 55 manat aylıq müavinət verilir. 

Qeyd edək ki, ÜDSY üçün müraciət elektron formada aparılır. Vətəndaşlar təmsil etdikləri ailənin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün internet əlaqəsi olan istənilən yerdən müraciət etmək imkanına malikdirlər. Vətəndaşların e-sistemə daxil etdikləri məlumatların təhlili, qərar qəbul edilməsi prosesi sistem tərəfindən avtomatik olaraq yerinə yetirilir. Bu məhz sosial yardım sistemində şəffaflığın, ünvanlılığın və operativliyin təmin olunmasının göstəricisidir.



Redaktorun seçimi