Gələcəyimizi düşünürək atılan addımdır

Hit: 228
Gələcəyimizi düşünürək atılan addımdır

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Atakişili kənd tam orta məktəbində müəllimlərin, valideynlərin və şagirdlərin iştirakı ilə “Narkomaniya ümumbəşəri bəladır” və “Dini radikalizm və ekstremizm” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən Kürdəmir RPŞ-nin rəisi, polis polkovniki Sultan Zeynalov dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb. O, daha sonra radikalizmin fəsadları mövzusuna toxunaraq islam dininin düzgün səpkidə gənclərə çatdırılmasının vacibliyindən danışıb, hər kəsin hər yaşda elmini, biliyini artırmağının vacibliyini təbliğ edən islamın cahil adamlar tərəfindən təhrif olunmuş formada təqdim olunmasının qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb.

Sonda məktəblilərdə maraq doğuran suallar cavablandırılıb.









Redaktorun seçimi