“Səyyar Gənclər Xidməti” layihəsinə Biləsuvar rayonunda start verilib

Hit: 1037
“Səyyar Gənclər Xidməti” layihəsinə Biləsuvar rayonunda start verilib

4 oktyabr tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə “Səyyar Gənclər Xidməti” layihəsinə Biləsuvar rayonunda start verilib.

Layihənin məqsədi kəndlərdə yaşayan gənclərin sosial aktivliyinin artırılması, kənd gənclərinin asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı onlar üçün səyyar formada müxtəlif xidmətlərin göstərilməsi, ixtisas və peşə seçimi ilə bağlı yönləndirilməsidir. Ümumilikdə Biləsuvar rayonunda layihə zamanı 500 nəfərdən çox gəncin iştirakı nəzərdə tutulmuşdur.

Qeyd edək ki, layihə ilk öncə Biləsuvar rayon Xırmandalı kəndində baş tutub. Tədbir zamanı Biləsuvar Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Səbinə Hüseynzadə çıxışında Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi, o cümlədən “Səyyar Gənclər Xidməti” layihəsi haqqında geniş məlumat verib.

Daha sonra isə layihə çərçivəsində “Gənc həkim”, “Gənc psixoloq”, “Gənc müəllim/təlimçi”, təlimçi-bloger, həmçinin könüllülüklə bağlı təlimlər keçirilmişdir. Eyni zamanda müxtəlif növ əyləncəli oyunlar- stol üstü tennis, intellektual oyunlar, drafts və müxtəlif interaktiv oyunlar keçirilmişdir. Sonda isə fərqlənən gənclərə sertifikat və hədiyyə təqdim edilmişdir.









Redaktorun seçimi