“Psixoaktiv maddələrdən sui-istifadə edən insanlarda əvəzedici terapiya” adlı seminar-treninq keçirilib - VİDEO

Hit: 499
“Psixoaktiv maddələrdən sui-istifadə edən insanlarda əvəzedici terapiya” adlı seminar-treninq keçirilib - VİDEO

Azərbaycan Respublikası Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi barədə 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamının icrasını həyata keçirmək məqsədi ilə Respublika Narkoloji Mərkəzi tərəfindən Çexiya Respublikasından dəvət olunmuş Neyropsixiatriya İnstitutunun kliniki addiktologiya, psixiatriya və əvəzedici müalicə fakültəsinin baş həkimi Vladimir Kmoxun iştirakı ilə Bakı şəhərində Respublika Narkoloji Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə “psixoaktiv maddələrdən sui-istifadə edən insanlarda əvəzedici terapiya, zərərin azaldılması və reabilitasiya” adlı seminar-treninq keçirilib.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, həkim-narkoloqlar, psixiatr və kliniki psixoloqlar iştirak ediblər. Respublika Narkoloji Mərkəzin şöbə müdiri Şəlalə Tahirli tədbiri açıq elan edərək sözü Çexiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin müavini cənab Daniel Putikə verib. O, tədbiri yüksək qiymətləndirərək hər kəsə uğurlar arzulayıb.

Çexiya Respublikası Neyropsixiatriya İnstitutunun kliniki addiktologiya, psixiatriya və əvəzedici müalicə fakültəsinin baş həkimi Vladimir Kmox dəvət üçün Respublika Narkoloji Mərkəzinin direktoru Araz Manuçeri Lalenə minnətdarlığını bildirib və “Metadon terapiyasının tarixi və alınmış uğurlu nəticələr” mövzusunda çıxış edib.

Tədbir zamanı “Azərbaycanda əvəzedici terapiya proqramı”, “Əvəzedici terapiyanın növləri”, “Opioidlərin əvəzedici terapiyası və zərərin azaldılması”,

“Opioidlərin əvəzedici terapiyası və zərərin azaldılması prinsipləri”, “Narkologiyada zərərin azaldılması proqramları”, “Əvəzedici terapiyanın aparılmasında psixiatrın və digər mütəxəssislərin rolu”, “Psixoaktiv maddə istifadəçilərinin sosial-psixoloji reabilitasiyası”, “Əvəzedici terapiyanın ağırlaşmaları və onların müalicəsi”, “Motivləşdirilmiş müzakirə və əvəzedici terapiyanı qəbul edən pasiyentlərin reabilitasiyasında onun rolu”, “Əvəzedici (metadon) terapiyanı qəbul edən pasiyentlərin reabilitasiyası”, “Penitensiar sistemə əvəzedici (metadon) terapiyanın tətbiqi” mövzularında çıxışlar dinlənilib.

Yekunda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.









Redaktorun seçimi