Savadlılıq ən yüksək səviyyədə - 99.9% - Statistika - VİDEO

Hit: 821
Savadlılıq ən yüksək səviyyədə - 99.9% - Statistika - VİDEO

Son 29 il ərzində əhalinin savadlılıq səviyyəsi 99,8 %-ə kimi yüksəlib.

2018-ci ildə əhalinin savadlılıq səviyyəsi əvvəlki illərlə müqayisədə, xüsusilə, 1989-cu ildən bu yana 2,5% artaraq  97,3%-dən, 99,8%-ə kimi yüksəlib.

Faktor.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir, 15 və yuxarı yaşlı əhalinin savadlılıq səviyyəsində ən yüksək göstərici 2019-cu ildən bu yana qeydə alınıb. Belə ki, 2009-cu ildən bu yana stabil olaraq əhalinin ümumilikdə savadlılıq səviyyəsi 99,8% olub.

Savadlılıq dərəcəsi kişi və qadın kateqoriyaları üzrə də fərqlidir. Əgər 1989-cu ildə kişilərin 98,9 %-i savadlı idisə, 2018-ci ildə bu göstərici 99,9% olub. Qadınların savadlılıq səviyyəsində də artma müşahidə olunub. Belə ki, 1989-cu ildə qadınların savadlılıq səviyyəsi 95,9 %, 2018-ci ildə isə xeyli artaraq 99,7% olub.

Qeyd edək ki, kişilərdə stabil olaraq savadlılıq səviyyəsi 99,9%, qadınlarda isə 99,7%-dir. Belə nəticəyə gəlmək olar ki, kişilər savadlılıq səviyyəsinin göstəricisinə görə qadınlardan 0,2% daha öndədir.

Firuzə Firdevs









Redaktorun seçimi