Nazir İnam Kərimov Ağdaşda vətəndaşları qəbul edəcək

Hit: 299
Nazir İnam Kərimov Ağdaşda vətəndaşları qəbul edəcək

 

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov 27 sentyabr 2019-cu il tarixdə, saat 10:00-da Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ağdaş və Bərdə rayonlarından olan vətəndaşları qəbul edəcək. Sentyabrın 27-də saat 10:00-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzində Tərtər və Ağdam rayonlarından olan vətəndaşları, Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov isə Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Mingəçevir şəhəri və Yevlax rayonundan olan vətəndaşları qəbul edəcəklər.

Nazirlikdən verilən məlumata görə, vətəndaş qəbulunda iştirak etmək istəyənlər Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-338-36-32), Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-352-65-01) və Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-352-65-01) müraciət edə bilərlər. 

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

 









Redaktorun seçimi