ADRA əməkdaşları “Xəzəri qoruyaq” adlı təmizlik aksiyasında iştirak ediblər

Hit: 291
ADRA əməkdaşları “Xəzəri qoruyaq” adlı təmizlik aksiyasında iştirak ediblər

Buzovna çimərliyində keçirilən aksiya "ASAN xidmət", Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi və “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə baş tutub. Aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib. 
Yüzlərlə iştirakçının qoşulduğu builki tədbirin keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi vəətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi də (ADRA) layihəyə dəstək olaraq açıq məkandakı reklam bilbordlarında aksiyaya dair sosial reklamların yayımını təşkil edib. 
Qeyd edək ki, Beynəlxalq Sahilyanı Təmizlik Günü su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı aksiyadır. Hər il 21 sentyabr tarixində dünyanın 100-dən çox ölkəsində təşkil olunan təmizlik aksiyalarında on minlərlə insan könüllü olaraq sahilyanı əraziləri tullantılardan təmizləyir. 9 ildir ki, Azərbaycanda da Beynəlxalq Sahilyanı Təmizlik Günü qeyd olunur.









Redaktorun seçimi