Ermənilər əsgərimizi vurdu: - Müdafiə Nazirliyi məlumat yaydı

Hit: 1454
Ermənilər əsgərimizi vurdu: - Müdafiə Nazirliyi məlumat yaydı

Sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

Bu barədə Faktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlik əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunduğunu bildirib.

Müdafiə Nazirliyi onu da qeyd edib ki, Ermənistanın KİV-də guya Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır.









Redaktorun seçimi