Bu ərazilərdə rənglənmə işləri aparılacaq - DİQQƏT!

Hit: 265
Bu ərazilərdə rənglənmə işləri aparılacaq - DİQQƏT!

Sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində, həmçinin Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən "Vaz" dairəsinə kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu barədə Avtosfer.az-Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən məlumat verir.

Sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş olunur.









Redaktorun seçimi