Sınıqçıya getmək risklidir? - VİDEO

Hit: 391
Sınıqçıya getmək risklidir? - VİDEO
Azərbaycanda populyar olan xalq təbabəti növlərindən biri də sınıqçılıqdır.
 
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Şamaxının Məlhəm kəndi bu sahədə ad çıxaran məkandır. 
 
İllər əvvəl həkimlərin olmadığı ucqar yerlərdə insanlara məhz sınıqçılar yardım ediblər. Tibb elminin inkişafı hələ də xalq təbabətinin bu növünü aradan çıxara bilməyib. 

Uzun illərdir bu işlə məşğul olan Şıxməmməd Həmzəyev bildirir ki, bu iş ona babasından qalıb, ondan sonra da onun davamçıları yetişir. 

Müraciət edənlərə gəldikdə, Ş.Həmzəyev insanların həkimdən çox onun yanına gəldiyini bildirir. 

Cərrahlar, ortoped-travmatoloqlar isə sınıq, çıxıq zamanı həkim əvəzinə sınıqçı yanına getməyi səhv hesab edirlər. 

Sınıqların müasir avadanlıqlarla diaqnozu qoyulmalıdır və həmin yer mütləq rentgen olunmalıdır.

Kortəbii şəkildə sınıq və çıxığı yerinə salmaq onun ətrafında olan əzələ, vətər və damarlara zərər verə bilər.

 









Redaktorun seçimi