Yol polisi qayda pozur, sonra eyni səhvə görə sürücüləri cərimələyir - VİDEO

Hit: 363
Yol polisi qayda pozur, sonra eyni səhvə görə sürücüləri cərimələyir - VİDEO

“DYP həmin yerdə “mini London” yaradıb”

Bakıda sürücülər Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində yerləşən körpünün yanında asfalt yola boya ilə çəkilmiş dairəvi yoldan narazıdırlar.

Bakucity.az Yeniavaz.com-a istinadən xəbər verir ki, gecə saatlarında və ya yağışlı hava şəraitində tamamilə gözdən itən dairəvi yol sürücülər üçün qəza şəraiti yaradır.

YPX əməkdaşlarının belə məhəl qoymadığı həmin dairəvi yolun nə üçün adəti şəkildə quraşdırılmadığı bilinmir.

Ancaq bilinən bir məsələ var ki, körpünün o biri tərəfində dayanan YPX əməkdaşları gün ərzində bir çox avtomobilə həmin yerdə cərimə tətbiq edirlər.

Aparıcı Tural Yusifov məsələyə münasibət bildirərkən boya ilə çəkilən dairəvi yollar qanunsuz olduğunu bildirib.

“Yerə dairə çəkməz olmaz. Orda həmçinin körpünün altında ikitərəfli yol düzəldiblər DYP həmin yerdə “mini London” yaradıb. Körpünün altına girdikdən sonra sol tərəf əvəzinə sağ tərəflə gedirsən. Elə hərəkət təşkil etmək olar?”.









Redaktorun seçimi