Piyadavurmalar - Sürücülər, yoxsa piyadalar günahkardır? - VİDEO

70 dəfə oxunub
Piyadavurmalar - Sürücülər, yoxsa piyadalar günahkardır? - VİDEO
Yol nəqliyyat hadisələrinə baxdıqda görürük ki, görürük ki, piyada vurmaların sayı kifayət qədərdir. Ölkə üzrə bu göstərici 47 faiz olduğu halda, paytaxt Bakıda 60 faizə çatır. Bu hadisələrin ağırlığından xəbər verir.
 
BDYPİ-nin şöbə rəisi Kamran Əliyev deyir ki, ötən ilin müvafiq dövrü ərzində piyadaların vurulması ilə baş verən qəzalar ümumi qəzaların 57.8 fazini təşkil edir. “Bu istiqamətdə müəyyən qədər azalma olsa da, sözsüz ki, bu rəqəmlər də bizi qane etmir. Görülən inzibati tədbirlər, aparılan marifləndirmə işlərinə baxmayaraq, piyada məsuliyyəti tam formalaşmayıb. Haradan və necə gəldi yolu keçənlər, sürücüləri də özləri kimi təhlükəyə atan kifayət qədər piyada var.”
 
Hüquqşünas Ərşad Hüseynov isə hesab edir ki, 60 km yəni şəhər içi icazə verilən sürətlə hərəkət edən mexaniki nəqliyyat vasitəsinin sürücüsü potensial təhlükəni gördükdə sonra tam dayanmaq üçün hərəkətə keçsə də, təxminən 35-38 metrdən sonra avtomobil dayanır. 50-60 faiz hallarda sürücülər günahkar olurlar, yerdə qalan hallarda sürücülərin günahı olmur. “Sürücülərin günahkar olmaması o deməkdir ki, ya piyadalar günahkar olur, ya da kənar maneələr var.”
 
BŞBDYPİ-nin bölmə rəisi Vaqif Əsədov deyir ki, baş verən qəzaların analizi zamanı məlum olur ki, əksər hallarda piyadanın vurulması ilə baş verən qəzalar piyada keçidlərinin yaxınlığında baş verir.



Redaktorun seçimi