Türkiyə universitetlərindən məzun olmuş azərbaycanlı alimlərin Bakı Forumu keçiriləcək

107 dəfə oxunub
Türkiyə universitetlərindən məzun olmuş azərbaycanlı alimlərin Bakı Forumu keçiriləcək

Oktyabrın 11-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türkiyədə təhsil alan azərbaycanlı alimlərin Bakı Forumu keçiriləcək.

Faktor.az AZƏRTAC-a istinadən bildirir ki, forum "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə baş tutacaq.

Məqsəd ölkəmizin müstəqilliyinin bərpasından sonra Türkiyə universitetlərindən məzun olmuş Azərbaycan vətəndaşlarını Forum çərçivəsində bir araya gətirməkdir.

Forumun panel iclaslarında qardaş ölkənin universitetlərindən məzun olan azərbaycanlılar çıxış edəcəklər. İclaslarda Türkiyə universitetlərində təhsil almış azərbaycanlı alimlərin respublikamızın inkişafında, sosial-iqtisadi həyatında, eləcə də təhsil və elm sahəsində fəaliyyəti, onların iki ölkə arasında əlaqələrə təsir imkanları, bu istiqamətlərdə gələcək hədəflər müzakirə olunacaq.



Redaktorun seçimi