Paytaxtın bir sıra şöbə və bölmələrinin rəis müavinləri vəzifəsinə təyinatlar olub

Hit: 559
Paytaxtın bir sıra şöbə və bölmələrinin rəis müavinləri vəzifəsinə təyinatlar olub

Bakının bir sıra polis şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub.Bunu Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev təsdiqləyib.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidovun əmri ilə polis baş leytenantı Nicat Məmmədov Xəzər Rayon Polis İdarəsinin (RPİ) 1-ci Polis Şöbəsinin, polis polkovnik-leytenantı Əli Həsənov Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin, polis mayoru Şahbaz Səfərov Suraxanı RPİ-nin 30-cü Polis Şöbəsinin, polis kapitanı Eyvaz Mürvələdov Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin, polis mayoru Xəyal Kazımov Səbail RPİ-nin 39-cu Polis Bölməsinin rəis müavinləri vəzifələrinə təyin ediliblər.

 
 
 
 

 









Redaktorun seçimi