Avtobus duracağını zəbt edən sürücüdən yol polisinə qarşı kobudluq - VİDEO - FOTOLAR

Hit: 215
Avtobus duracağını zəbt edən sürücüdən yol polisinə qarşı kobudluq - VİDEO - FOTOLAR

Üzrxahlıq etmək əvəzinə özünü haqlı çıxartmağa çalışıb

Bu gün yol polisi tərəfindən Bakıda keçirilən profilaktik tədbirlər zamanı çətin anlar yaşanıb. Avtobus dayanacağını zəbt edən avtomobilin sürücüsü yol polisi ilə mübahisə edərək kobudluq nümayiş etdirib. Belə ki, təxminən 20 dəqiqə ərzində dayanacağı zəbt edən sürücü avtobusların ora girməsinə maneə törədib.

Geri qayıtdıqda isə ona irad bildirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədova qarşı kobudluq nümayiş etdirib. Üzrxahlıq etmək əvəzinə özünü haqlı çıxartmağa çalışıb. BNA əməkdaşları  dayanacağı zəbt edən avtomobilləri evakuasiya edib.

 

1
1
1
1








Redaktorun seçimi