Bakıda yol polisinə tabe olmayan piyada həbs edildi - VİDEO

Hit: 561
Bakıda yol polisinə tabe olmayan piyada həbs edildi - VİDEO

Tabesizlik göstərən vətəndaş polislə mübahisə edib

Bakı şəhəri, Heydər Əliyev prospektində yol hərəkəti qaydaları kobud şəkildə pozan piyada həbs edilib. Yol polisinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayan 1997-ci il təvəllüdlü Əli Sultanov qadağan olunmuş yerdən yolu keçərək həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükəyə atıb.

Yol polisi ilə mübahisə edərək əl-qol hərəkətləri edən Əli Sultanov qarşı tərəfə keçən zaman digər YPX əməkdaşı tərəfindən saxlanılıb. Burada da tabesizlik göstərən vətəndaş polislə mübahisə edib. Nəticədə saxlanılan şəxs barəsində toplanmış materiallar Səbail rayon məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarı ilə o, 20 gün müddətində inzibati qaydada həbs edilib. Videonu təqdim edirik:









Redaktorun seçimi