AQTA-da Kanadanın Rusiya Federasiyasındaki səfirliyinin kənd təsərrüfatı işləri üzrə müşaviri ilə görüş keçirilib

Hit: 267
AQTA-da Kanadanın Rusiya Federasiyasındaki səfirliyinin kənd təsərrüfatı işləri üzrə müşaviri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Kanadanın Rusiya Federasiyasındaki səfirliyinin kənd təsərrüfatı işləri üzrə müşaviri Redouane Mekideche ilə görüş keçirilib.

Görüşdə Agentlik sədrinin müşaviri Elxan Mikayılov qonağa qurumun fəaliyyət istiqamətləri haqqında məlumat verib, ikitərəfli əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Daha sonra Kanadadan Azərbaycana ixrac edilən qida məhsullarına verilən sertifikatların ölkəmizdə tanınması və digər sahələr üzrə mümkün ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib.

 









Redaktorun seçimi