“Fazil Mustafa şagirdlərlə bağlı rəsmi müraciət etsə, ona baxılacaq” - Nazirlər Kabinetindən REAKSİYA

Hit: 413
“Fazil Mustafa şagirdlərlə bağlı rəsmi müraciət etsə, ona baxılacaq” - Nazirlər Kabinetindən REAKSİYA

Milli Məclisin deputatı Fazil Mustafa məktəbli paltarında olan uşaqların ictimai nəqliyyatdan ödənişsiz istifadə etməsi təşəbbüsü ilə çıxış edib.

Faktor.az xəbər verir ki, F.Mustafa Nazirlər Kabinetinin 5 yaşdan yuxarı uşaqların nəqliyyat xərcinin ödənilməsi qərarının dəyişdirilməsini zəruri saydığını deyib.

Məsələ ilə bağlı Nazirlər Kabinetinin (NK) mətbuat xidmətindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, hər bir millət vəkilinin qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ var:

“Hörmətli millət vəkili bu hüquqdan istifadə edərək, təşəbbüslə çıxış edib, Nazirlər Kabinetinə rəsmi qaydada təkliflə müraciət edə bilər”.

Məlumatda həmçinin bildirilib ki, müraciət olunacağı təqdirdə, həmin təklifə lazımi diqqət göstəriləcək və məsələyə qanunvericilik çərçivəsində baxılacaq.









Redaktorun seçimi